Xaçmazda anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ramiz Sultanov

© APA | Ramiz Sultanov

# 30 yanvar 2022 00:30 (UTC +04:00)

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi tutub

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb.

Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənib. Yanvarın 30-da Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR