Xaçmazda evdən meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Xaçmazda evdən meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB
# 22 mart 2024 00:09 (UTC +04:00)

Xaçmaz rayonunun Yergüc kəndində evdən tapılan qadın meyitinin şəxsiyyəti müəyyənləşib.

APA xəbər verir ki, meyit 66 yaşlı Səfurə Əlişah qızı Balacayevaya məxsusdur.

Onun qətlə yetirildiyi deyilir.

Hazırda fakt araşdırılır.

***

21.03.2024

Saat 23:11

Xaçmaz rayonunun Yergüc kəndində evdən qadın meyiti tapılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Onun kimliyi və hansı səbəbdən ölməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR