Xaçmazda maşın kanala düşüb, sürücü xəsarət alıb - FOTO

Xaçmazda maşın kanala düşüb, sürücü xəsarət alıb - FOTO
# 28 oktyabr 2019 10:14 (UTC +04:00)

Xaçmazda avtomobil “Xan” arxına düşüb.

APA-nın şimal bürosunun xəbərinə görə, Xaçmaz şəhər sakini, 1984-cü il təvəllüdlü İskəndərov Ceyhun Rasim oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yoldan çıxaraq kanala düşüb.

Müxtəlif bədən xəsarətləri alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR