Xaçmazda piyadanı maşın vuraraq öldürüb

Xaçmazda piyadanı maşın vuraraq öldürüb
# 14 yanvar 2022 08:35 (UTC +04:00)

Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ 21015" markalı avtomobil Xudat şəhər sakini, 1986-cı il təvəllüdlü Davidov Ramil İsmayıl oğlunu vurub.

Xəsarət alan piyada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR