Xaçmazda qonşusu ilə dalaşan qadın onun ərini bıçaqlayıb - YENİLƏNİB - VİDEO

Mərziyyə Qədiyeva

© APA | Mərziyyə Qədiyeva

# 16 dekabr 2021 11:22 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Xaçmazda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Mərziyyə Qədiyeva mübahisə zəminində qonşusu Rasim Səmədovu bıçaqlayıb.Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, M.Qədiyeva əvvəlcə qonşusu Zibeydə Həmrayevanın ona qarşı nalayiq ifadələr işlətməsinə görə onunla mübahisə edib. Daha sonra isə sonuncunun onunla belə rəftarından hiddətlənən M.Qədiyeva evdən mətbəx bıçağını götürüb Zibeydə Həmrayevanın əri Rasim Səmədovun işlədiyi yerə gedib və hadisəni törədib.

Faktla bağlı araşdırma aparılır.

***

14 dekabr, 09.57

Xaçmazda qadın tanışını bıçaqlayıb.

APA xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Şəhərdə yerləşən "Fruttaman" meyvə soyuducu məntəqəsinin qarşısında rayon sakini, 1992-ci il təvəllüdlü Mərziyyə Qədiyeva münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Rasim Səmədovu bıçaqlayıb. R. Səmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR