“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov vaxtından əvvəl həbsdən azad edilib

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov vaxtından əvvəl həbsdən azad edilib
# 15 avqust 2013 16:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan “Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, M. Məmmədovun barəsində Milli Məclisinin “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” 7 may 2013-cü il tarixli Qərarını tətbiq olunub və azadlığa buraxılıb.

Qeyd edək ki, M. Məmmədov 2012-ci ilin fevral ayında narkotik vasitə daşımaqda ittiham olunaraq həbs edilərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR