“Nida” Vətəndaş Hərəkatının iki üzvü həbs edilib - YENİLƏNİB

“Nida” Vətəndaş Hərəkatının iki üzvü həbs edilib  - <span style="color: red;">YENİLƏNİB
# 30 mart 2013 16:15 (UTC +04:00)

Onun sözlərinə görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundova Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. R.Axundov barəsində Nəsimi Rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

[ 30 Mart 2013 17:59 ]

Bakı. Fuad Cəfərov- APA. “Nida” Vətəndaş Hərəkatının daha bir üzvü həbs edilib. Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Ü. Məmmədli barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR