“Texnikabank”ın İdarə Heyətinin həbsdə olan sabiq sədri xəstəxanaya yerləşdirilib

“Texnikabank”ın İdarə Heyətinin həbsdə olan sabiq sədri xəstəxanaya yerləşdirilib
# 18 sentyabr 2013 14:50 (UTC +04:00)

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, buna bankın İdarə Heyətinin həbsdə olan sədri Samir Hüseynovun müalicə müəssisəsinə yerləşdirilməsi səbəb olub. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. E.Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR