“Xəzər-Lənkəran-Neftçi” matçında baş verən insidentlə bağlı cinayət işi açılıb, 7 nəfər saxlanılıb - YENİLƏNİB - APA TV

“Xəzər-Lənkəran-Neftçi” matçında baş verən insidentlə bağlı cinayət işi açılıb, 7 nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">APA TV
# 25 avqust 2013 22:10 (UTC +04:00)

Bunu APA-ya Lənkəran Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov bildirib.

Polis rəisi qeyd edib ki, hazırda Lənkəran şəhərində və stadionda vəziyyət tam stabildir.

Qeyd edək ki, baş vermiş insidentlə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

23:58

Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında baş verən insidentlə bağlı cinayət işi açılıb.

Ləkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, oyun bitəndən sonra hər iki komandanın azərkeşləri arasında insident baş verib . Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin baş vermiş hadisəyə müdaxiləsi nəticəsində vəziyyət stabilləşib.

İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb.

Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR