“ZaminBank”ın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb

“ZaminBank”ın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb
# 10 sentyabr 2014 13:50 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaq zamanı filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın 41 min 300 manatının ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR