Narkotik saxlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

  Narkotik saxlamaqda təqsirləndirilən şəxsə hökm oxunub
# 28 avqust 2015 13:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz saxlanmasında təqsirləndirilən Habil Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə H. Əsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Habil Əsgərovun yaşadığı evin həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb. Araşdırmalar zamanı həmin evin H. Əsgərova məxsus olmadığı, onun həmin evdə qarovulçu işlədiyi, evin sahibinin Ramiz Xəlilov olduğu müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR