Ağdaşda kanalda batan oğlanın meyiti tapılıb - VİDEO

 Ağdaşda kanalda batan oğlanın meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2014 09:53 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, 3 gün öncə Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində dostları ilə birgə çimərkən boğulub ölən Bakı sakini, 1987-ci il təvəllüdlü Rəsulov Fuad Faiq oğlunun meyiti bu gün saat 12:00 radələrində batdığı yerdən 2 kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib. Məlumata görə, 27 yaşlı oğlanın meyiti FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılıb.

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun toyu olacaqmış. Onun nişanlısı olan qızın toy mərasimi bir neçə gün əvvəl olub. F. Rəsulov dostları ilə birgə Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimən zaman qəflətən boğularaq dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR