Azərbaycanda dəmir yolu xətləri yaxınlığında yanğınlar olub

 Azərbaycanda dəmir yolu xətləri yaxınlığında yanğınlar olub
# 17 iyun 2013 07:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dəmir yolu xətləri yaxınlığında bir neçə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda dəmir yolunun kənarında 2000 kv.m sahədə quru ot və 80 ədəd şpal yanıb. Dəmir yolu xətləri yanğından mühafizə olunub.

Sumqayıt şəhərində dəmir yolunun ərazisində 1 ha sahədə kol-kos və 100 ədəd şpal, Mingəçevir şəhərində dəmir yolu ərazisində isə 3 ədəd şpal yanıb. Dəmiryol xətləri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR