Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib - YENİLƏNİB

<b>Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib</b> - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2018 16:38 (UTC +04:00)

Bakı Metropolitenində tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib.

APA-nın məlumatına görə, metroda qatarların hərəkəti bərpa edilib.

***** 19.29

Bakı Metropolitenində qatarların hərəkətində ləngimə baş verib. Bakı Metropoliteninin mətbuat rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi xəbərə görə, ləngiməyə səbəb Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında yaranmış nasazlıq olub.

Məlumata görə, qatarın sərnişinləri “28 May” stansiyasında boşaldılıb, qatar isə Nizami stansiyasından geri depoya göndərilib.

“Təəssüf ki, boş qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxarılması istiqamətində iş görülür”, - deyə N.Paşayev bildirib.

Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR