Bakıda avtomobildən silah-sursat aşkar edilib

 Bakıda avtomobildən silah-sursat aşkar edilib
# 05 avqust 2013 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtomobildən silah-sursat aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-ü saat 01:50 radələrində Çobanzadə və Rüstəmov küçələrinin kəsişməsində Şəmkir rayon sakini Mirismayıl Heydərovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilərkən M. Heydərova məxsus «Kalaşnikov» markalı avtomat, 2 ədəd sandıqça və 57 ədəd 5,45 kalibrli patron aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR