Emin Şəkinskinin övladlarının Azərbaycandan qanunsuz çıxarılması ilə bağlı təqsirləndirilən şəxslərə cəza istənilib

 Emin Şəkinskinin övladlarının Azərbaycandan qanunsuz çıxarılması ilə bağlı təqsirləndirilən şəxslərə cəza istənilib
# 11 avqust 2015 11:04 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı bildirib ki, onların törətdikləri cinayətlər tam sübuta yetirilib. Prokuror təqsirləndirilənlərdən Namiq Camalovun 9, Pənah Dadaşov və Raqub İsbəndiyarovun 7 il, digərlərinin (Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun) 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, polis nəzarətində olan bu şəxslərin məhkəmə zalındaca həbs olunmalarını istəyib.

Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərovadır.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Onların cinayət işi ayrıca icraata verilib. Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq aparılır.

Qeyd edək ki, Emin Şəkinski Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR