Həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

 Həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub
# 31 avqust 2015 13:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B. Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Əliyev qayınatasının evində ailə münaqişəsi zəminində həyat yoldaşı Günel Əliyevanı bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G. Əliyevanın həyatını xilas etmək mümkün olub. Bəhruz Əliyev isə hadisədən sonra 4-cü polis bölməsinə gedərək könüllü təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR