Pay torpağında narkotik tərkibli bitki yetişdirən Sabirabad sakini saxlanılıb

 Pay torpağında narkotik tərkibli bitki yetişdirən Sabirabad sakini saxlanılıb
# 05 iyul 2014 15:30 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda pay torpağında narkotik tərkibli bitki yetişdirən vətəndaş saxlanılıb.

Sabirabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, DİN-in “Xaş-xaş 2014” şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Kürkəndi kənd sakini, 1959-cu il təvəllüdlü, əvvəllər 4 dəfə məhkum olunmuş Meybulayev Kərəmulla Eynulla oğluna məxsus pay torpağı sahəsinə baxış keçirilib.

Baxış zamanı qamışlıqların arasında 15 kv.m ərazidə 31 ədəd, yaş çəkisi 11,3 kiloqram narkotik tərkibli çətənə kolları aşkar olunub.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR