Rüşvət almaqda təqsirləndirilən Mənzil Kommunal İstismar Sahəsinin rəisinə hökm oxunub

 Rüşvət almaqda təqsirləndirilən Mənzil Kommunal İstismar Sahəsinin rəisinə hökm oxunub
# 14 may 2015 10:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B. Bəşirov 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, B. Bəşirov Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olub.

 

O, Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində 2 min manat məbləğində rüşvət alarkən tutulub.

 

B. Bəşirov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR