Zaqatalada yük maşını qəza törədib - FOTO - VİDEO

 Zaqatalada yük maşını qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 10:01 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda ağır tonnajlı yük maşını qəza törədib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü, Ucar rayonunun Lək kənd sakini Teymur Qurban oğlu Qəmbərov idarə etdiyi “SHACMAN” markalı, 90 RN 388 dövlət nişan nömrəli ağır tonnajlı yük maşını ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra yük maşınının kabinə hissəsində tüstülənmə baş verib. Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Qəza nəticəsində xəsarət alan sürücü Teymur Qəmbərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-də Teymur Qənbərova sol qolunun sıyrılmış və cırılmış yarası diaqnozu qoyulub. Onun xəsarətinin yüngül olduğu bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR