Abşeronda yaşayış evində yanğın olub, xəsarət alanlar var

Abşeronda yaşayış evində yanğın olub, xəsarət alanlar var
# 23 noyabr 2012 06:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda yaşayış evi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Vətəndaşa məxsus, ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 14 kv.m sahədə yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR