Ağcabədidə yük maşını minik avtomobili ilə toqquşub, ölən var

Ağcabədidə yük maşını minik avtomobili ilə toqquşub, ölən var
# 08 sentyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağcabədi şəhərində vətəndaşlara məxsus “KamAZ” markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR