Ağdam sakini Lənkəranda qətlə yetirilib

Ağdam sakini Lənkəranda qətlə yetirilib
# 08 sentyabr 2014 10:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Lənkəranda qətl törədilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 6-da Lənkəran rayonunun Göyşaban kəndində qeydə alınıb.

Bərdə şəhər sakini Fərid Məmmədzadə münaqişə zəminində Ağdam rayon sakini Tural Qasımovu bıçaqlayaraq qətlə yetirib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məmmədzadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR