Ağdamda 4 otaqlı ev yanaraq külə dönüb

Ağdamda 4 otaqlı ev yanaraq külə dönüb
# 23 fevral 2018 19:13 (UTC +04:00)

Ağdamda 4 otaqlı ev yanaraq külə dönüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Sarcalı kəndində baş verib. Əntiqə Baxşəliyevaya məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Alovun qaz və ya elektrik enerjisində baş verən qısa qapanmadan əmələ gəldiyi ehtimal edir.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR