Ağdamda intihar etdiyi bildirilən 84 yaşlı qadının öz əcəli ilə öldüyü məlum olub - YENİLƏNİB

Ağdamda intihar etdiyi bildirilən  84 yaşlı qadının öz əcəli ilə öldüyü məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 may 2017 10:10 (UTC +04:00)

Ağdamda intihar etdiyi bildirilən 84 yaşlı qadının öz əcəli ilə öldüyü məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, meyitin ekspertizası zamanı Şəfiqə Abdullayevanın intihar etmədiyi müəyyən edilib.

Mərhumun yaxınları bildiriblər ki, ötən gün halı pisləşən Abdullayeva Şəfiqə Səlim qızı Ağdam Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda ölüb: “Paltarından sirkə turşusu iyi gəldiyi üçün həkimlər onun intihar etdiyini düşünüb. Xəstəxanadan hüquq-mühafizə orqanlarına məlumat verilib. Ağdam Rayon Prokurorluğu və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldi. Biz də mərhumun meyitinin müayinə olunmasına etiraz etmədik”.

Məlumata görə, ölümündən bir qədər əvvəl hərarəti yüksəldiyi üçün qadının bədəni sirkə turşusu ilə masaj edilib.

Ağdam Rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Bildirilib ki, Ş. Abdullayeva qəfildən dünyasını dəyişib.

***

13:09

Ağdamda intihar hadisəsi qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini Abdullayeva Şəfiqə Səlim qızı sirkə turşusu içərək intihar edib. Yaxınları Ş.Abdullayevanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda həyatını itirib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR