Ağdamda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb

Ağdamda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb
# 30 yanvar 2018 12:26 (UTC +04:00)

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun İmamqulubəyli kəndi ərazisində sürücünün idarəetməni itirməsi səbəbindən “VAZ 2106” markalı avtomobil yol kənarındakı meşə zolağında ağaclara çırpılıb.

Hadisə nəticəsində Ağdamın Mərzili kənd sakinləri - sürücü İsgəndər Abbasov, avtomobildə olan sərnişinlər Qənirə Abbasova, Suqurə Şərifova və 4 yaşlı Nigar Səmədli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR