Ağdamda reklam lövhələrini oğurlayan qrupun üzvləri saxlanılıb

Ağdamda reklam lövhələrini oğurlayan qrupun üzvləri saxlanılıb
# 14 yanvar 2018 15:10 (UTC +04:00)

Ağdamda reklam lövhələrini oğurlayan qrupun üzvləri saxlanılıb.

APA-nin yerli bürosunun məlumatına görə, saxlanılan şəxslər Ağdam, Bərdə, Yevlax rayonlarından dayanacaqlarda quraşdırılan çərçivəsi alüminium olan reklam lövhələri oğurlayıb.

“Azərsu” təmsilçisi Zamiq Atakişiyevin APA-ya verdiyi məlumata görə, ümumilikdə 3 rayondan 15-ə qədər reklam lövhələri oğurlanıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR