Ağdamda reklam lövhələrini oğurlayan şəxslərin kimliyi məlum olub

Ağdamda reklam lövhələrini oğurlayan şəxslərin kimliyi məlum olub
# 15 yanvar 2018 16:26 (UTC +04:00)

Ağdamda reklam lövhələrini oğurlayan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Gəncə şəhər sakinləri - Novruzov Kamran Vilayət oğlu və Fərzəliyev Orxan Əkbər oğlu oğurladıqları reklam lövhələrini tanışları Musayev Musa Zakir oğluna məxsus 50 CC 403 “Ford Tranzit” markalı avtomobilə yükləyərək Gəncə şəhərinə aparıblar.

Ağdam rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, saxlanılan şəxslər istintaq zamanı etdikləri əməli etiraf ediblər. Bildiriblər ki, Ağdam, Bərdə, Yevlax, Gədəbəy, Qazax, Ağdaş, Sabirabad və Göyçay rayonlarında yerləşən dayanacaqlarda sökdükləri reklam lövhələrini Gəncə şəhərinə apararaq əlvan metalların qəbulu sexinə satıblar.

Hazırda həmin şəxslərin digər cinayət əməlində iştirakının olub-olmadığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR