Ağdamda yol qəzası olub, piyada xəsarət alıb

Ağdamda yol qəzası olub, piyada xəsarət alıb
# 19 iyul 2014 20:47 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Quzanlı qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, iyulun 19-da saat 23 radələrində Quzanlı kənd sakini, 1987-ci il təvəllüdlü Səfərov Vüsal Əbülfət oğlu idarə etdiyi VAZ 21099 markalı minik maşınıyla yolu keçmək istəyən Xındırıstan kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Nuşirəvan Cəfər oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aprılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR