Ağdamın Əfətli kəndində piyada əleyhinə minalar aşkarlanıb

Ağdamın Əfətli kəndində piyada əleyhinə minalar aşkarlanıb
# 14 iyun 2016 09:27 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunun Əfətli kəndində iki ədəd piyada əleyhinə mina aşkarlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, minalar kəndin otlaq sahəsində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) əməkdaşları tərəfindən tapılıb.

ANAMA-dan minaların Ermənistan istehsalı olduğu bildirilib. Tapılan hərbi sursatlar zərərsizləşdiriləcək. ANAMA əməkdaşları əraziyə baxışı davam etdirirlər.

Qeyd olunub ki, həmin otlaq sahəsində bir neçə gün əvvəl Əfətli kənd sakini Bədrəddin Əliyevə məxsus inək minaya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR