Ağstafada maşın piyadanı vurub öldürüb

Ağstafada maşın piyadanı vurub öldürüb
# 27 sentyabr 2015 14:42 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun kənarında yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Şadlıq evində administrator işləyən Ağstafa şəhər sakini, 42 yaşlı Elmar Vəliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR