Ağsu sakininə məxsus avtomobildən narkotik tapılıb

Ağsu sakininə məxsus avtomobildən narkotik tapılıb
# 14 mart 2013 19:50 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov-APA. Ağsu sakinindən xeyli miqdarda narkotik vasitə olan marixuana götürülüb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhərinin D.Bünyadzadə küçəsindəki 8 saylı mənzildə yaşayan 1958-ci il təvəllüdlü Mustafayev Fəqani Mülhəd oğlunun idarə etdiyi 90 EN 572 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil şübhəli halda saxlanılıb. Maşına baxış keçirilərkən oradan çəkisi 5.6 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Fəqani Mustafayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR