Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanılıb - YENİLƏNİB

Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2018 10:34 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Ağsuda qanunsuz ov edənlərin saxlanması barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirləri davam etdirilir.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri belə tədbirlər zamanı 5 nəfər saxlanılıb, onlardan ov silahları götürülüb.

Rayonun Cəfərli kəndi ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Kəndoba kənd sakinləri Zaur İbadov, Qahir İbadov və Ramazan Məhəmmədli olduqları müəyyən edilib. Onlardan adı “Qırmızı kitab”a düşmüş, ovlanmış 4 bəzgək quşu və ümumilikdə 3 ədəd, ikisinin müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

Hacıqədirli kəndinin ərazisində isə kənd sakinləri Rafiq Əhmədov və qardaşı Azər qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan “BORA” və “TOZ” markalı ov tüfəngləri götürülüb.

Hər iki faktla bağlı Ağsu RPŞ-nin istintaq və təhqiqat qruplarında araşdırma aparılır.


***

10.57

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı “Qırmızı kitab”a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Cəfərli kəndi yaxınlığında 3 nəfər tutulub.

Onlar Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğudur.

Həmin şəxslərdən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı "Qırmızı kitab"a düşmüş 4 Bəzgək quşu götürülüb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı kitab"a daxil edilib. Həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR