Ağsuda silah-sursat tapılıb

Ağsuda silah-sursat tapılıb
# 11 may 2017 17:48 (UTC +04:00)

Ağsu rayonunda silah-sursat tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:00 radələrində Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqaşlı kəndi ərazisində əl qumbaralarının olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə baxış keçiriblər. Ərazidən tapılan silah-sursatın sayı barədə hələlik məlumat yoxdur. Partlayıcı maddələrin Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən inşaat materialları mağazasının yaxınlığına kim tərəfindən atıldığı məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR