Ağsuda yol qəzası baş verib, bir ailənin dörd üzvü və sürücü ağır xəsarət alıb - VİDEO

Ağsuda yol qəzası baş verib, bir ailənin dörd üzvü və sürücü ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 19 avqust 2013 10:23 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov-APA. Ağsu rayonunda baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb. APA-nın məlumatına görə hadisə Bakı-Şamaxı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində baş verib. 1984-cü il təvəllüdlü Vüqar İsmayılov 10-MD-628 dövlət nömrə nişanlı “TOFAŞ” markalı avtomaşınla Qəbələdən Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Vüqar İsmayılov və bir ailənin 4 üzvü - 1963-cü il təvəllüdlü Arif Paşayev, həyat yoldaşı, 1970-ci il təvəllüdlü Zəhra Paşayeva, qızları - 1992-ci il təvəllüdlü Səadət Paşayeva və 1994-cü il təvəllüdlü Samirə Paşayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib, yaralıları Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, hadisə yolun döngəli hissəsində avtomobilin sürət həddinin yüksək olması səbəbindən baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR