Akif Muradverdiyev barəsində 2 ay müddətinə həbs qərarı verildi - YENİLƏNİB

Akif Muradverdiyev barəsində 2 ay müddətinə həbs qərarı verildi - <span style="color: red;">YENİLƏNİB
# 20 iyun 2013 19:20 (UTC +04:00)

F. Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib.

Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, A.Muradverdiyev 2005-ci ilin oktyabrında həbs edilib və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona 2008-ci ilin yanvarında Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və azadlığa buraxılıb.

***

Bakı, Hafiz Heydərov-APA. Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev Bakı hava limanında saxlanılıb.

Bu barədə APA-ya onun vəkili Fuad Ağayev məlumat verib.

Fuad Ağayev deyib ki, A.Muradverdiyev ölkəni tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb: «Akif Muradverdiyevin saxlanılması barədə xəbəri mənə onun qohumları verdilər. Onlar bildirdilər ki, saxlanılmanın səbəbi kimi gömrükçülər onun üzərində 18 min ABŞ dolları vəsaiti qanunsuz olaraq ölkədən çıxarmaq istəməsini göstəriblər».

Vəkil bildirib ki, A.Muradverdiyevin barəsində hələlik hər hansı istintaq tədbiri başlamayıb, onunla bağlı məhkəmə həbs-qətimkan tədbiri seçməyib.

Dövlət Gömrük Komitəsindən isə APA-ya bildirilib ki, A. Muradverdiyev gömrük nəzarət məntəqəsində saxlanılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR