Ali məktəbə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Ali məktəbə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 14 dekabr 2016 14:32 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Həsənov, Xuraman Xudiyeva və Vaqif Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Həsənova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. O, məhkəmə zalından buraxılıb.

Barəsində ev dustaqlığı seçilən X. Xudiyevaya da 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Vaqif Qəribov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən B. Həsənov və V. Qəribov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə qəbul etdirmək adı ilə, zərərçəkmiş Natiq Abbasobdan TQDK-nın binası qarşısında 10 min manat pul alıblar. Xuraman Xudiyeva isə zərərçəkmiş Gülşən Fətəliyevanı dövlət idarəsində işə düzəltmək adı ilə 7 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR