Almaniyanın beynəlxalq axtarışa verməsi nəticəsində Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi başlayıb

Almaniyanın beynəlxalq axtarışa verməsi nəticəsində Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi başlayıb
# 06 yanvar 2018 14:08 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın məhkəməsi başlayıb.

APA-nın xəbərinə görə, məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti iclas yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, T. K. Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. Onun Almaniyaya ekstradisiyası ilə əlaqədar iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR