Anasını öldürən şəxsə hökm oxunub - VİDEO

Anasını öldürən şəxsə hökm oxunub - <span style="color: red;">VİDEO
# 12 may 2015 09:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını boğaraq öldürməkdə təqsirləndirilən Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə H. Nağızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhərində baş verib. Şəhər sakini Hümbət Nağızadə qısqanclıq zəminində anası Fatimə Qurbanovanı boğaraq öldürüb. H. Nağızadə məhkəmədə ifadə verən zaman atasının bir neçə il əvvəl öldüyünü, anasının isə başqa kişi ilə münasibəti olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR