ARDNŞ-in Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı şikayəti təmin olunub

ARDNŞ-in Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı şikayəti təmin olunub
# 28 mart 2013 08:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Binəqədi Rayon icra Hakimiyyətinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunub. Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub.

Qeyd edək ki, ARDNŞ icra hakimiyyəti tərəfindən Ağayeva Yaqut Bayram qızına məxsus torpaqla bağlı verilən qərarın etibarsız hesab olunması tələbi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR