Aygün Kazımovanın qardaşının yeni dələduzluq əməlləri ilə bağlı növbəti məhkəmə prosesi başlayır

Aygün Kazımovanın qardaşının yeni dələduzluq əməlləri ilə bağlı növbəti məhkəmə prosesi başlayır
# 30 avqust 2013 14:30 (UTC +04:00)

APA-nın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun icraatına verilib. Prosesin hazırlıq iclası isə sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Polkovanın bundan əvvəl də cinayət işi olub. Belə ki, onlar vətəndaşları aldadaraq xeyli miqdarda pul mənimsəməkdə ittiham olunublar. Əvvəlki cinayət işində 57 zərərçəkmiş şəxs istintaq tərəfindən tanınıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K. Kazımzadə 10 il, Y. Kiyasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan O. Polkova isə məhkəmə zalında həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən E. Əkbərov barəsində isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. O, 3 ili sınaq müddəti olmaqla 7 il şərti olaraq azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, yeni cinayət işində 100-dən çox zərərçəkmiş şəxs var.

Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR