Azərbaycan bu il 67 məhkumun təhvil verilməsi və alınmasını həyata keçirilib

Azərbaycan bu il 67 məhkumun təhvil verilməsi və alınmasını həyata keçirilib
# 22 noyabr 2012 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinə beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələlərinin icrası ilə bağlı 2002-ci illə müqayisədə 6 dəfə çox – 11 000 beynəlxalq sənəd və sorğu daxil olub. APA-nın məlumatına görə, bunu “Azərbaycan” qəzetinin bugünkü sayında dərc olunan məqaləsində ədliyyə naziri Fikrət Məmmədov bildirib.

F. Məmmədov müxtəlif dövlətlərə 6 minə yaxın sorğu göndərildiyini, məhkumların verilməsinə dair Avropa Konvensiyasının və s. beynəlxalq müqavilələrin müddəalarının dəqiq icra olunaraq cəzalarının qalan hissəsini çəkmək üçün 67 məhkumun təhvil verilməsi və alınmasının həyata keçirildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR