Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
# 11 iyul 2014 19:01 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələr müzakirə olunub.

Dxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, ölkədə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 10 ildə orta hesabla 231 fakt təşkil edib, bu isə əksər ölkələrlə müqayisədə xeyli azdır.

Nazir bildirib ki, son 6 ayda da kriminogen durum nəzarətdə saxlanılıb.

Nazir hesabat dövründə əməliyyat-xidməti fəaliyyətinin ümumən qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini, xalqa xidmət funksiyalarının və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində fəaliyyətin daha səmərəli təşkilinin vacibliyini bildirib.

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin əsasında dayanan başlıca şərtlərdən birinin məhz daxili sabitlik və təhlükəsizlik olduğuna dair dövlət başçısının fikirlərini Kollegiya iştirakçılarının diqqətinə çatdıran Ramil Usubov peşə bayramları ərəfəsində polis orqanları və Daxili Qoşunların ümumilikdə 67 əməkdaşının dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli şəxsə ali hərbi və xüsusi rütbələr verildiyini, habelə daxili əmrlərlə xidmətdə fərqlənən 11 mindən artıq əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğunu qeyd edib. Prezidentin ali diqqətinin və tələbkarlığının şəxsi heyətin üzərinə daha böyük məsuliyyət qoyduğunu nəzərə çatdıran nazir bu yüksək qayğıya cavab olaraq ictimai asayişin, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasının vacibliyini vurğulayıb. R. Usubov xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddətdə və tam aradan qaldırılmasını tələb edib. Korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılmasını Azərbaycan prezidentinin prinsipial mövqeyi kimi dəyərləndirən nazir bu cür neqativ hallarla mübarizənin davamlı olmasının, tolerantlıq baxımından hər zaman nümunə olan respublikamızda dini radikalizm təzahürlərinin qarşısının alınmasında digər dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri ilə birgə yerlərdə ideoloji və maarifləndirici işin aparılmasının, cinayətlərin profilaktikasında və açılmasında veteran polis əməkdaşlarının imkanlarından geniş istifadə edilməsinin vacibliyini xüsusi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR