Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini Hacı Mehdi Şamillinin apellyasiya məhkəməsi başlayıb

Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini Hacı Mehdi Şamillinin apellyasiya məhkəməsi başlayıb
# 27 mart 2013 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyası (AİP) sədrinin sabiq müavini Hacı Mehdi Şamillinin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə baxışının aprelin 3-nə təyin olunması barədə qərar qəbul olunub.

Qeyd edək ki, M. Şamilli polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onun üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edilib. M.Şamilli barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə M. Şamilli 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Hacı Mehdi Şamilli Azərbaycan İslam Partiyasının təsisçilərindən biri olub. Lakin 1998-ci ildən partiyadakı fəaliyyətini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR