Azərbaycan ordusunun hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb - YENİLƏNİB-2 - FOTOSESSİYA - VİDEO

Azərbaycan ordusunun hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 iyul 2014 22:32 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, yaralanan dörd nəfərin hamısı Azərbaycan silahlı Qüvvələrində müddətdən artiq xidmət edən (MAXE) hərbiçilərdir. Yaralılar 1992-ci il təvəllüdlü Bəylərov Emin Nuğay oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə Nurlan Rəfail oğlu, 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğludur. 

 

Qəza zamanı həlak olan hərbi qulluqcu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Əsgərzadə Anar İlham oğludur. 

 

Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər. 

 

Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də, amma kimin idarə etdiyi hələ ki, məlum deyil. 

 

Faktla bağlı araşdırma aprılır.

 

**** 00.12

 

Tərtər. Teymur Zahidoğlu - APA. Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə qəzaya düşənlər Azərbaycan ordusunun zabitləridir.

 

Şəxsiyyəti hələlik məlum olmayan sürücü idarə etdiyi "VAZ 2107" markalı minik maşınını aşırıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR