Azərbaycan Polis Akademiyasının adı dəyişdirilib

Azərbaycan Polis Akademiyasının adı dəyişdirilib
# 18 mart 2013 10:55 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Polis Akademiyasının adı dəyişdirilib. APA-nın Nazirlər Kabinetinin (NK) saytına əsasən məlumatına görə, bununla bağlı “Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" qərarda dəyişiklik edilib. Dəyişiklik "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə edilib.

Qərara əsasən, "Azərbaycan Polis Akademiyası" "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası" kimi adlanacaq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul planı DİN-in təklifinə əsasən Nazirlər Kabineti tərəfindən Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR