Azərbaycana İrandan narkotik gətirməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib - FOTO

Azərbaycana İrandan narkotik gətirməyə cəhd edən Türkiyə vətəndaşı həbs edilib - <span style="color: red;">FOTO
# 29 mart 2013 09:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində ölkəyə qanunsuz yolla narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya DGK-nin mətbuat xidmətindən məlumat verilib.

DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn Türkiyə vətəndaşı Osman Arasın idarə etdiyi “Scania” markalı, KHK624/VV113 dövlət nömrə nişanlı yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. İtin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qoşqunun içərisindəki döşəmədə xüsusi düzəldilmiş metal lövhənin altında gömrük nəzarətindən gizlədilmiş 52 bağlamada ümumi çəkisi 26 kiloqram 60 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Komitənin İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilib ki, O.Aras satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən keçirmək üçün İranda bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib. Bu məqsədlə İranda külli miqdarda - 26 kiloqram 60 qram heroin narkotik vasitəsini əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi yük avtomobilinin qoşqusunun içərisində gizli saxlanc yerində yerləşdirib. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

O.Aras Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən, şübhəli şəxs qismində tutulub. Ona ittiham elan edilib və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR