Azərbaycanda 6 ay ərzində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb

Azərbaycanda 6 ay ərzində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb
# 11 iyul 2014 16:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bu ilin 6 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilən faktlar və müsadirə edilən narkotik vasitələrin həcmi açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1884 fakt aşkar edilib.

Bu faktlardan 514-nü satış, 1271-ni saxlama, 92-ni əkin, 7-ni digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 748 kq 020,56 qr müxtəlif növ narkotik vasitələr çıxarılaraq müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 92 kq 633,331 qr həşiş, 202 kq 950,059 qr heroin, 149 kq 131,438 qr tiryək, 278 kq 505,9 qr marixuana, 2 kq 016,654 qr psixotrop maddə, 0,1 qr prekusor və 22 kq 937,130 qr digərləri təşkil edib.

Eyni zamanda “Xaş-Xaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 111 ton 158 kq 534 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR