Azərbaycanda 83 yaşlı anasını amansızlıqla öldürən qadın 13 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanda 83 yaşlı anasını amansızlıqla öldürən qadın 13 il müddətinə azadlıqdan məhrum edilib
# 12 iyun 2013 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində 83 yaşlı anasını xüsusi amansızlıqla qətlə yetirən Lumina Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, L. Məmmədova 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 30-da saat 12.00 radələrində Qaraçuxur qəsəbəsi Kamunal küçəsində yaşayan 42 yaşlı Lumina Məmmədova anası, 83 yaşlı Çevrov Kərim qızı Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən L. Məmmədova saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR