Azərbaycanda axtarışda olan şəxslər tutulub

Azərbaycanda axtarışda olan şəxslər tutulub
# 27 avqust 2013 08:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda ikisi qadın olmaqla axtarışda olan üç nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Roza Hüseynova tutulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Etibar Bayramov tutulub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnarə Mikayılova saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR